“Air France” və “Lufthansa” Pakistan üzərindən uçuşları dayandırıb

2023/10/65216-1696689951.jpg
Oxunub: 540     16:46     05 May 2025    
Fransanın “Air France” aviaşirkəti Pakistan ərazisi üzərindən uçuşların dayandırıldığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi şirkətin məlumatına istinadən məlumat yayıb.

"Aviaşirkət növbəti bildirişə qədər Pakistan üzərindən uçuşları dayandırmaq qərarına gəlib", - məlumatda bildirilib.

Bundan əlavə, Almaniyanın "Lufthansa Group" konserni də uçuşlarının Pakistan hava məkanından yan keçəcəyi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lufthansa   Air-France  


Bizi "telegram"da izləyin