Ordu.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-dən bildirilib.
Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.
Mahaçqaladakı Respublika Xəstəxanasından TASS-a bildirilib ki, atışmadan sonra üç nəfər xəstəxanaya yerləşdirilib.
***
Mahaçqalada naməlum şəxslərin polis ekipajına hücum etməsi nəticəsində 3 polis əməkdaşı həlak olub.
Ordu.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisi məhv edilib, daha ikisi isə polis maşını ilə cinayət yerindən qaça bilib.
Silahlıların qaçdığı avtomobilin Kamaeva küçəsində tapılıb.
***
Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.
Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb gizlənib.
Onun tutulması istiqamətində tədbirlər görülür.
Ordu.az