Ordu.az xəbər verir ki, bu barədə Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışaraq nüvə məsələləri və regionda gərginliyin azaldılması üzrə diplomatik səylərə Aİ-nin dəstəyini vurğulamaq istədim", - o bildirib.
K.Kallas, Tehranı Rusiyaya güman edilən hərbi dəstəyi dayandırmağa çağırıb, həmçinin İranda casusluq ittihamları ilə Aİ ölkələrinin vətəndaşlarının saxlanılması ilə bağlı narahatlığını ifadə edib.
O vurğulayıb ki, Aİ və İran arasında münasibətlərin inkişafı bu istiqamətlərdə irəliləyişdən asılıdır.
Ordu.az