ROKETSAN yeni sürprizlərini elan etməyə hazırlaşır

2025/05/1746435102.jpg
Oxunub: 485     14:38     05 May 2025    
Türkiyənin bu günə qədərki ən uzun mənzilli raketi olan “Tayfun” sistemi ilə bağlı açıqlamalar verən ROKETSAN baş direktoru Murat İkinci həm sınaqların, həm də kütləvi istehsal fəaliyyətlərinin eyni vaxtda davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin strateji imkanlarını irəli aparacaq bu sistemin inkişaf prosesi çoxtbəqəli şəkildə davam edir.

Murat İkinci “Tayfun”un tək raket modeli kimi deyil, müxtəlif bloklardan ibarət məhsul ailəsi kimi dizayn edildiyini bildirib. Hazırlanmış hər bir yeni blok raketin imkanlarına əlavə funksiyalar əlavə edir.

“Kütləvi istehsalla yanaşı “Tayfun”a yeni bloklar və yeni xüsusiyyətlər əlavə etmək üçün mühəndislik işləri davam edir”, - deyə o qeyd edib.

“Tayfun”un öz sinfinin ən əhəmiyyətli zərbə qüvvələrindən biri olduğunu vurğulayan İkinci bu sistemin Türkiyə Silahlı Qüvvələri üçün əhəmiyyətini bu sözlərlə ümumiləşdirib:

“Tayfun” öz sinfinin ən mühüm zərbə qüvvələrindən biridir. Hesab edirik ki, bu, Silahlı Qüvvələrimizin bu sahədəki qüdrətinə çox ciddi töhfə verəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ROKETSAN  


Bizi "telegram"da izləyin