Ordu.az xəbər verir ki, Türkiyə MSK sədri “Baykar” tərəfindən inkişaf etdirilən və hazırda sınaqdan keçən platformanın 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini bildirib.
“Baykar” firmamız gecə-gündüz işləyir. Sınaqdan keçirirlər və inşallah gələn il inventara daxil olacaq”, - deyə Görgün qeyd edib.
Görgün “Kızılelma”nın klassik pilotsuz uçuş aparatlarından fərqli olaraq döyüş təyyarəsi funksiyalarına sahib olduğuna diqqət çəkib.
Xüsusilə gizlilik (stels), yüksək sürət və aşağı radara görünmə qabiliyyəti kimi kritik sahələrdə önə çıxan “Kızılelma” bu baxımdan beşinci nəsil təyyarələrə yaxın imkanlar təqdim edir.
Görgün müdafiə sənayesinin yaxın gələcəkdəki tendensiyalarından biri olan “manned-unmanned teaming” (insanlı və insansız platformaların koordinasiyalı fəaliyyəti) anlayışına da toxunub və bu strukturun müharibə anlayışını dəyişdirəcəyini bildirib:
“Pilot təyyarəni idarə etməyəcək. Süni zəkanın dəstəyi ilə eyni anda insansız sistemləri də idarə edəcək”.
Bu kontekstdə “Kaan”, “Kızılelma”, “Anka III”, TB2 və “Akıncı” kimi müxtəlif siniflərə məxsus hava platformalarının eyni əməliyyat mühitində birlikdə işləyə biləcəyi bir ekosistem qurulur.
Görgün əlavə edib ki, bu struktur həm insan itkisini azaldacaq, həm də missiyanın effektivliyini artıracaq.
Sevinc Əliyeva
Ordu.az