ABŞ Norveçə 370 milyon dollar dəyərində taktiki raket satışına icazə verib

2025/05/1746434405.jpg
Oxunub: 448     17:03     05 May 2025    
ABŞ Dövlət Departamenti Norveçə “AIM-9X Block II” taktiki raketlərinin mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında bildirilib.

Pentaqonun açıqlamasına görə, satışın təxmini dəyəri 370,9 milyon dollardır.

Pentaqon qeyd edib ki, bu satış Norveçin cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini artıracaq, ölkəyə ABŞ və digər NATO üzvləri ilə tam hava gücü uyğunluğuna nail olmağa kömək edəcək.

Satış üçün əsas podratçı Arizonada yerləşən “RTX Corporation” olacaq. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi satışla bağlı tələb olunan bildirişi cümə günü Konqresə çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Norveç   Raket  


Bizi "telegram"da izləyin