Zelenski: "Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır"

2025/05/1746385922.jpg
Oxunub: 503     23:10     04 May 2025    
"Beynəlxalq ictimaiyyət onun üzərində təzyiqi artırmasa Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün real addımlar atmayacaq."

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.

O, qeyd edib ki, Moskva artıq 54 gündür ABŞ-ın tam atəşkəs təklifini görməzdən gəlir.

Zelenski bildirib ki, Kiyev üçün atəşkəs istənilən anda mümkündür, lakin diplomatiyaya real şans vermək üçün bu atəşkəs ən azı 30 gün davam etməlidir:

"Putin tanklarını paradda nümayiş etdirmək istəyə bilər, amma o, müharibəni necə bitirmək barədə düşünməlidir. Üç əsas şey vacibdir: Rusiyaya qarşı sərt sanksiyalar, Ukraynaya dəstəyin davamı və Avropada müdafiə əməkdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsi. Rusiya başa düşməlidir ki, avropalılar özlərini müdafiə edə bilərlər.", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya  


Bizi "telegram"da izləyin