Ordu.az xəbər verir ki, çatdırılma 2025-ci il aprelin 22-də baş verib.
PUA sistemi Arizonadakı “Yuma” Dəniz Piyadaları Aviabazasında yerləşən Dəniz Piyadaları Əməliyyat Sınaq və Qiymətləndirmə Eskadrilyası 1 tərəfindən istifadə ediləcək.
ABŞ Dəniz Piyadaları Korpusu MQ-9A ER-dən əməliyyat sınağı və qiymətləndirilməsi, həmçinin dəniz aviasiyasında taktika, texnika və prosedurların hazırlanması üçün istifadə edəcək. MQ-9A Dəniz Hava-Quru Missiya Qrupunun (MAGTF) əsas elementinə çevriləcək.
MQ-9A ER PUA-sı qanada inteqrasiya edilmiş yanacaq bölmələri və gücləndirilmiş eniş dəstləri kimi sahədə bərpa oluna bilən imkanlarla hazırlanıb ki, bu da uçuş dözümlülüyünü 30 saatdan çox uzatmaqla, onun əməliyyat çevikliyini daha da artırır.
Bu günə qədər GA-ASI Dəniz Piyadaları Korpusuna 18 ədəd MQ-9A PUA-sı təhvil verib, daha 2 tədarük isə 2025-ci ilin sonuna qədər gözlənilir.
Sevinc Əliyeva
Ordu.az