Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq edib

2025/04/abs-c-1744604670.jpg
Oxunub: 562     14:04     21 Aprel 2025    
Çin ABŞ Konqresinin üzvləri də daxil olmaqla, bir sıra rəsmi şəxslərə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə sanksiyalar tətbiq edib.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasında bu addımın həm rəsmi Vaşinqtonun, həm də siyahıda adları olan şəxslərin Honkonq məsələsi ilə bağlı yanaşması ilə əlaqələndirildiyi bildirilib:

“ABŞ tərəfinin Honkonqla bağlı istənilən yanlış addımlarına tərəfimizdən qətiyyətli cavab veriləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin