Türkiyədə yeni "Türksat 6A" rabitə peykinin buraxılışı keçiriləcək

2025/04/trend-1745210964.jpg
Oxunub: 738     09:48     21 Aprel 2025    
Aprelin 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni "Türksat 6A" rabitə peykinin buraxılışı keçiriləcək.

Ordu.az xəbər verir ki, buraxılış Türkiyə peyklərinin əhatə dairəsini dünya üzrə 3.5 milyard insandan 5 milyard insana qədər artıracaq, Hindistan, Tailand, Malayziya və İndoneziyada rabitə xidmətlərini genişləndirməyə imkan verəcək.

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu qeyd edib ki, "Türksat 6A"nın layihə xidmət müddəti ən azı 15 ildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Türksat-6A  


Bizi "telegram"da izləyin