ABŞ müdafiə naziri Pit Heqset istefaya göndərilə bilər

2025/04/1745210666.jpg
Oxunub: 632     06:50     21 Aprel 2025    
Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək.

Ordu.az xəbər verir ki, bunu Pentaqonun sabiq sözçüsü Conatan Elliott “Politico” qəzetinə açıqlamasında deyib.

Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda ümumi xaos içində olduğunu deyib.

"Bunları nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MN   İstefa  


Bizi "telegram"da izləyin