ABŞ-nin Sənaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb

2025/04/1745210197.jpg
Oxunub: 472     04:49     21 Aprel 2025    
“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 12 dinc sakin ölüb, onlarla insan yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

“ABŞ-nin Farva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, ilkin məlumatlara görə, daha 30 nəfər yaralanıb. Xilasetmə qrupları dağıntılar altında insanların axtarışını davam etdirir və ölənlərin sayı arta bilər”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, ərazidə yerləşən yaşayış binalarına və bazarın obyektlərinə xeyli maddi ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səna  


Bizi "telegram"da izləyin