KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək

2025/04/1744520735.jpg
Oxunub: 524     22:34     20 Aprel 2025    
İran və ABŞ arasında danışıqların növbəti iki raundu gələn həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

“Növbəti rəsmi danışıqlar Cenevrədə baş tutacaq, ardınca gələn həftəsonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək”, - nəşr yazıb.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında dolayı danışıqların birinci raundu keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin