Ordu.az xəbər verir ki, “South China Morning Post” nəşrində dərc olunan analitik materialda bu tendensiya qlobal miqyasda 110-dan çox silahlı münaqişənin davam etdiyi bir vaxtda xüsusi aktuallıq kəsb edir.
Məqaləyə görə, Çin yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə təsir gücünü artırmaq üçün müdafiə sənayesinə əsaslanan yeni strateji yanaşmalar tətbiq edir. Bu, təkcə silah istehsalının həcmi ilə deyil, eyni zamanda yüksək texnoloji innovasiyaların hərbi sahəyə sürətli inteqrasiyası ilə müşayiət olunur.
Ekspertlər bildirirlər ki, Çinin bu sahədə sürətli inkişafı ABŞ, Yaponiya və Hindistan kimi rəqib qüvvələri öz müdafiə planlarını yenidən nəzərdən keçirməyə vadar edir. Söhbət təkcə silahlanma yarışından deyil, həm də ticarət marşrutlarının, enerji resurslarının təhlükəsizliyindən, diplomatik və iqtisadi təsir rıçaqlarından gedir.
Eyni zamanda qeyd olunur ki, özəl “proxy” hərbi şirkətlərin beynəlxalq hüquqdan yayınaraq fəaliyyət göstərməsi, hüquqi boşluqlardan istifadə edərək hökumətlərə dolayı dəstək verməsi təhlükəsizlik balansını daha da mürəkkəbləşdirir. Bu praktika təkcə Çinə aid deyil, lakin Çin modeli regional koalisiyalar yaratmaq və silah satışlarını siyasi təsir vasitəsinə çevirmək baxımından fərqlənir.
Məqalədə qeyd olunur ki, Çin rəhbərliyi bu prosesə təkcə iqtisadi və texnoloji imkanlar baxımından deyil, həm də “alternativ qlobal nizam” qurmaq məqsədi ilə baxır. Bura mövcud beynəlxalq münasibətlər sisteminə qarşı yeni güc mərkəzlərinin yaradılması, müdafiə sənayesinin ixrac potensialının artırılması və “qeyri-qərb” koalisiyalarına liderlik ambisiyası daxildir.
Bütün bunlar Çinin hərbi-sənaye kompleksini yalnız müdafiə vasitəsi deyil, həm də geosiyasi silah kimi istifadə etdiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az