ABŞ HDQ-nin yeni nəsil freqatında böhran davam edir

2025/04/1744449373.jpg
Oxunub: 498     12:53     21 Aprel 2025    
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni nəsil freqatında böhran davam edir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, inşasına 2 il əvvəl başlanan “Constellation” sinfinə məxsus freqatın cəmi 10%-i tamamlanıb.

ABŞ HDQ-nin gələcək dəniz gücünün onurğa sütunu kimi görünən “Constellation” sinfinə məxsus freqat proqramı ciddi böhranla üz-üzədir.

Bu çərçivədə, “Fincantieri Marine Group”un Viskonsin ştatındakı “Marinette Marine” gəmiqayırma zavodunda tender prosesi başa çatdıqdan sonra 2020-ci ildə tamamlanan “USS Constellation” gəmisinin inşasının yalnız 10%-i tamamlanıb.

“Defence News”un məlumatına görə, gəmi inşasının başlanmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, bu vəziyyət yaranıb.

ABŞ HDQ yeni nəsil freqatların əsas dizaynını FFG(X) proqramı çərçivəsində İtaliya-Fransa birgə istehsalı olan FREMM sinfinə məxsus gəmilərdən almağı planlaşdırırdı.

Proqramın əvvəlində əsas məqsəd mövcud dizaynda cəmi 15% dəyişiklik etməklə, ucuz və sürətli istehsalı təmin etmək idi. Halbuki, bu məqamda vəziyyət əksinədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Böhran  


Bizi "telegram"da izləyin