ABŞ Dəniz Piyadaları Korpusu FPV tipli PUA bölməsini yaradır

2025/04/2025--1744184983.jpg
Oxunub: 486     10:12     21 Aprel 2025    
ABŞ Dəniz Piyadaları Korpusu FPV tipli Pilotsuz Uçuş Aparatı (PUA) bölməsini yaradır.

Ordu.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusu müasir döyüş meydanında sürətlə yayılan FPV tipli PUA texnologiyası və taktikasına qarşı yeni addım atıb.

Bu çərçivədə 2025-ci il yanvarın 3-də Təlim Komandanlığı (Training Command) komandiri general-mayor Entoni M. Henderson və Dəniz Piyadaları Döyüş Laboratoriyası (Marine Corps Warfighting Laboratory) komandiri briqada generalı Simon M. Doran tərəfindən “Marine Corps Attack Drone Team” (MCADT) bölməsinin yaradıldığı açıqlanıb.

Yeni yaradılmış MCADT bölməsinin əsas vəzifə və məqsədləri aşağıdakı kimi izah edilib:

FPV tipli PUA texnologiyasını ABŞ Dəniz Piyadaları Korpusuna sürətlə inteqrasiya etmək.

Kiçik bölmələrin vurma gücünü artırmaq və sahədə çatışmayan orqanik imkanları təmin etmək.

Müasir müharibədən öyrənilən dərslərlə təlim və taktikalar hazırlamaq.

FPV tipli PUA istifadəsində ABŞ Dəniz Piyadaları Korpusunun mütəxəssis bölməsi kimi xidmət etmək.

Dəniz Piyadaları Korpusunu xidmətlərarası, milli və beynəlxalq yarışlarda təmsil etmək.

FPV tipli PUA təlim proqramları hazırlamaq və Dəniz Piyadaları üçün praktiki təlimlər vermək.

Yeni nəsil FPV tipli PUA texnologiyalarının sahəyə sürətlə tətbiqi üçün tələbləri müəyyən etmək.

Təlim və yarışlar vasitəsilə fərdi və vahid zərbə gücünü artırmaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   FPV   PUA  


Bizi "telegram"da izləyin