Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə edib

2025/03/1741715071.jpg
Oxunub: 433     16:53     29 Mart 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarına da toxunub. Türkiyə Prezidenti münaqişənin tezliklə sona çatması və zərərçəkənlərə kömək istiqamətində maksimum səy göstərməyə davam edəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qətər  


Bizi "telegram"da izləyin