Myanmada zəlzələdə uçan binanın dağıntıları altında 90-dan çox insanın qaldığı ehtimal edilir

2025/03/THAIL-1743247023.jpg
Oxunub: 398     15:04     29 Mart 2025    
Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində uçmuş yaşayış binasının dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi məlumat verib.

Hazırda xilasedicilər uçmuş 12 mərtəbəli binanın dağıntıları altında xilasetmə işləri aparırlar.

Qeyd edək ki, Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Zəlzələ  


Bizi "telegram"da izləyin