HƏMAS İd əl-Fitr bayramında atəşkəs üçün bir neçə girovu azad edəcək

2025/01/1737796063.jpg
Oxunub: 341     10:13     29 Mart 2025    
HƏMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır.

Bildirilib ki, fələstinlilərin Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır.

Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq pəhrizi bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Atəşkəs  


Bizi "telegram"da izləyin