İlon Mask MKİ direktoru ilə qurumun xərclərinin azaldılmasını müzakirə edəcək

2025/03/1743225570.jpg
Oxunub: 372     09:09     29 Mart 2025    
ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifflə görüşərək qurumun işinin təkmilləşdirilməsi və xərclərinin azaldılması məsələlərini müzakirə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzetinə MKİ-nin rəsmi nümayəndəsi bildirib.

Bir sıra mənbələr görüşün bazar ertəsi, martın 31-də baş tutacağını iddia edib: “MKİ direktoru hökumətin effektivliyini müzakirə etmək üçün İlon Maskı quruma dəvət edib”.

Tərəflərin ABŞ prezidenti Donald Trampın hökumətin xərclərini azaltmaq və onu sadələşdirmək planı kontekstində MKİ-nin effektivliyini müzakirə edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Retkliff  


Bizi "telegram"da izləyin