Şimali Koreyanın ilk havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi təqdim edilib

2025/03/1743153283.jpg
Oxunub: 470     16:11     29 Mart 2025    
Şimali Koreya lideri Kim Çen In yeni yaradılmış Süni Zəka (SZ) dəstəkli kamikadze Pilotsuz Uçuş Aparatlarının (PUA) sınaqlarını izləyib, eyni zamanda ölkənin ilk havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi də təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Sınaqlar zamanı Kim Çen In vurğulayıb ki, müasir silahların inkişafında əsas prioritetlər avtonom idarəetmə və SZ imkanları olmalıdır.

KCNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Koreya lideri, həmçinin quruda və dənizdə müxtəlif taktiki hədəfləri və düşmən fəaliyyətlərini aşkar edə bilən, yeni hazırlanmış kəşfiyyat PUA-larını yoxlayıb.

Bundan əlavə, nüvə arsenalına malik olan Şimali Koreya ilk dəfə olaraq havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsini rəsmən təqdim edib ki, bu da köhnə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   SZ  


Bizi "telegram"da izləyin