TOMTAŞ “super təşviq” dəstəyi ilə “Hürjet”in istehsalına töhfə verəcək

2025/03/1743152808.jpg
Oxunub: 488     17:46     29 Mart 2025    
Türkiyənin ilk təyyarə fabriki olan və yenidən qurulan “TOMTAŞ Havacılık ve Teknoloji AŞ” “super təşviq” dəstəyi ilə reaktiv təlim və yüngül hücum təyyarəsi “Hürjet”in istehsalına töhfə verəcək.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, TOMTAŞ tərəfindən Kayseridə inşa ediləcək təlim və yüngül yer hücum təyyarələri, habelə yığılmağa hazır təyyarə hissələri istehsalı müəssisəsinin İnvestisiyalara Layihə Əsaslı Dövlət Yardımının Verilməsi Qərarına (super təşviq) uyğun olaraq dəstəklənməsinə qərar verilib.

Şirkət 2023-cü ildə başlayan və 6 ilə yayılan investisiya üçün təxminən 9,5 milyard lirə sabit investisiya qoyacaq.

İnvestisiya çərçivəsində inşa ediləcək obyektdə 150-si ixtisaslı olmaqla, 1000-ə yaxın insan birbaşa işlə təmin olunacaq. Bundan əlavə, obyekt şəhər və ətraf ərazilərdə minlərlə insan üçün ekosistem yaradacaq.

Qurulacaq obyekt ildə 12 təlim və yüngül hücum təyyarəsi istehsal gücünə malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TOMTAŞ   Hürjet  


Bizi "telegram"da izləyin