Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kristersson mətbuat konfransında İsveçin İkinci Dünya müharibəsindən etibarən ən ciddi təhlükəsizlik problemini yaşadığını qeyd edib.
“Buna görə də qarşıdakı 10 il ərzində müdafiə silahlarına əlavə 300 milyard kron sərmayə qoyacağıq”, - deyə o bildirib.
Kristersson Soyuq müharibə günlərindən etibarən müdafiədə hərbi qulluqçu və silahlara ən böyük sərmayəni qoyacaqlarını vurğulayıb.
“İsveç sabit bir iqtisadiyyata malikdir və müdafiəmizə əlavə sərmayə ilə biz sabit artım tempinə də nail ola bilərik”, - deyə İsveçin Baş naziri bildirib.
İsveçin NATO üzvü olan ölkə olaraq Ümumi Daxili Məhsulunun (ÜDM) 2,4 faizini müdafiə xərclərinə ayırdığını bildirən Kristersson 2030-cu ilə qədər müdafiə xərclərini müvəqqəti olaraq ÜDM-in 3,5 faizinə çatdırmağı planlaşdırdıqlarını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az