Ordu.az xəbər verir ki, “Endeavour Manta” adlanan 8,6 metrlik (28 fut) İDP Çinlə artan gərginlik fonunda asimmetrik döyüş qabiliyyətini artırmaq üçün hazırlanıb.
Tayvan administrasiyasının “China Shipbuilding Corporation” şirkəti tərəfindən istehsal olunan “Endeavour Manta” Tayvan boğazının sərt dəniz şəraitinə tab gətirmək üçün liflə gücləndirilmiş trimaran gövdəsinə malikdir.
İDP yüngül torpedolar və bir tondan artıq yükgötürmə qabiliyyətinə malik güclü partlayıcı maddələr daşıya bilər.
Maksimum 35 düyün (64 km/saat və ya 40 mil/saat) sürətə çata bilən İDP avtomatik olaraq öz limanına qayıtmaq və ya düşmən tərəfindən ələ keçirildiyi təqdirdə özünü məhv etmək qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az