Səudiyyə Ərəbistanının “Polad Günbəz” layihəsində Türkiyə önə çıxır

2025/03/1743144811.jpg
Oxunub: 502     11:52     29 Mart 2025    
Səudiyyə Ərəbistanının “Vision 2030” çərçivəsində həyata keçirməyi planlaşdırdığı NEOM səhra layihəsi üçün Hava Hücumundan Müdafiə (HHM) sistemini Avropa raket istehsalçısı MBDA əvəzinə Türkiyənin ASELSAN şirkətinin üzərinə götürməsi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın kəşfiyyat jurnalı “Intelligence Online” məlumat yayıb.

Səudiyyənin müdafiə rəsmiləri bu kritik layihə üçün Türkiyə şirkətlərinə üstünlük verməyə hazırlaşırlar.

Xüsusilə Türkiyənin inkişaf etdirdiyi “Polad Günbəz” HHM sistemi Ər-Riyad rəhbərliyinin diqqətini çəkib.

ASELSAN, TÜBİTAK SAGE, ROKETSAN və MKE ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Polad Günbəz” layihəsi 2024-cü ilin avqustunda rəsmi olaraq istifadəyə verilib.

İsrailin yalnız orta mənzilli təhlükələrə qarşı istifadə edilən “Dəmir Günbəz” sistemindən fərqli olaraq, “Polad Günbəz” çoxtəbəqəli müdafiə quruluşuna malikdir və hələ də inkişaf mərhələsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Səudiyyə-Ərəbistanı   Polad-Günbəz  


Bizi "telegram"da izləyin