Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Varşava “Covid” dövründən əldə etdiyi 7,2 milyard avroluq vəsaiti sığınacaqların, yolların tikintisinə və yerli silah istehsalçılarına sərmayə qoyacağını qeyd edib.
Polşa pandemiyadan sonra iqtisadi artımı stimullaşdırmaq üçün Aİ hökumətləri tərəfindən razılaşdırılmış cəmi 60 milyard avro kredit və qrant almağa hazırlaşır.
Baş nazir Donald Tusk qeyd edib: “Avropa fondları sayəsində biz müdafiə qabiliyyətimizi maliyyələşdirmək üçün bir vasitə yarada biləcəyik. Bu, böyük əhəmiyyət kəsb edir, çünki yaxın vaxtlara qədər hamı və ya demək olar ki, hamı Avropa fondlarının birbaşa müdafiəyə xidmət edə biləcəyinə şübhə edirdi”.
Sevinc Əliyeva
Ordu.az