Ordu.az xəbər verir ki, bununla bağlı Suriyanın keçid hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında dörd uşaq və bir qadın var. Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi.
“Əl-Vatan” qəzeti hərbi kazarmaların və mülki əhalinin yaşadığı bitişik ərazilərin İsrail tərəfindən atəşə tutulduğunu yazıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail aviasiyası mütəmadi olaraq ölkə ərazisindəki hərbi obyektlərə zərbələr endirir.
Ordu.az