Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Sözçü Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunaraq qeyd edib:
“Biz heç vaxt sülh sazişinə indiki qədər yaxın olmamışıq. Bildiyiniz kimi, prezident (ABŞ lideri Donald Tramp) bu məqsədə çatmaqda qərarlıdır”.
Karolin Levitt əlavə edib ki, Ukraynadakı hərbi əməliyyatlar ABŞ-nin əvvəlki administrasiyasına görə başlayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Ordu.az