Ukrayna Rusiya ilə sülh danışıqlarında üç əsas məsələni açıqlayıb

2025/03/1742235749.jpg
Oxunub: 575     21:56     17 Mart 2025    
“Ukrayna Rusiya ilə sülh müqaviləsi çərçivəsində öz suverenliyini məhdudlaşdırmağa razı olmayacaq.”

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Beynəlxalq Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko BBC-yə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Kiyevin Rusiya ilə müharibəni bitirmək üçün ata biləcəyi addımlarda bəzi məhdudiyyətlər var. Onun sözlərinə görə Ukraynanın bu məsələdə keçə bilməyəcəyi üç qırmızı xətt var.

Bunlardan birincisi ölkənin ərazi bütövlüyüdür. Ukrayna heç vaxt heç bir ərazi güzəşti ilə razılaşmayacaq və bu məsələ danışıqlarda müzakirə mövzusu deyil.

İkincisi Ukraynanın NATO və digər beynəlxalq təşkilatlara üzvlüyüdür ki, Vladimir Putin bu məsələni Ukraynanın əvəzinə həll etməməlidir.

Üçüncü məsələ isə müdafiə qabiliyyətidir ki, rəsmi Kiyev Putinin Ukrayna ordusunun ixtisarına dair tələbləri ilə razılaşa bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin