Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb

2023/11/655c9-1700568345.jpg
Oxunub: 433     17:24     17 Mart 2025    
Kremldə Rusiya və Tacikistan prezidentləri Vladimir Putin və Emoməli Rəhmon arasında danışıqlar başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiya və Tacikistan arasında ticarət, investisiya və humanitar əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirilməklə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin aktual regional problemlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Məhdud və geniş formatda danışıqların yekununda sənədlərin imzalanması gözlənilir. Həmçinin liderlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rəhmon  


Bizi "telegram"da izləyin