Siyarto: Aİ ölkələri Ukraynaya azı 20 milyard avro həcmində hərbi yardım paketi hazırlayırlar

2024/04/1714037461.jpg
Oxunub: 448     13:05     17 Mart 2025    
Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin bugünkü iclasında Ukraynaya azı 20 milyard avro həcmində maliyyə dəstəyi paketinin hazırlanması müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkələrdə bildirib.

"Onlara bizi buna cəlb etməyə imkan verməyəcəyik. Macarıstanın vergi ödəyicilərinin pulları hesabına Ukraynaya silah daşınmasını maliyyələşdirməyə yol verməyəcəyik. Bunun əvəzinə biz sülh danışıqlarını dəstəkləyirik", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin