Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Martın 10-na olan məlumata görə, investisiya bankı mənbələri Cənubi Koreya hökumətinin İndoneziyanın 470 milyard von (322,2 milyon ABŞ dolları) məbləğində ödənməmiş töhfəsini bölmək planını nəzərdən keçirdiyini, təxminən 239,9 milyon dolları hökumət (74,5%) və təxminən 82,3 milyon dolları KAI (25,5%) ödəyəcəyini deyiblər.
Bəziləri iddia edirlər ki, KAI xərclərin daha böyük hissəsini öz üzərinə götürməlidir.
Qeyd edək ki, 2015-ci ildən etibarən Cənubi Koreya və İndoneziya 2026-cı ilə qədər ümumi büdcəsi təxminən 5,5 milyard dollar olan yeni nəsil döyüş təyyarəsi KF-21-i birgə hazırlayır.
İlkin razılaşmaya əsasən, İndoneziya ümumi dəyərin 20%-ni (1,1 milyard dollar, sonradan təxminən 1 milyard dollara endirilib) ödəyəcəkdi ki, bunun da müqabilində prototip təyyarələr, texnoloji transferlər və 48 reaktiv təyyarə istehsal etmək hüququ veriləcəkdi.
Qalan 80%-lik hissə Cənubi Koreya hökuməti (3,3 milyard dollar və ya 60%) və KAI (1 milyard dollar və ya 20%) tərəfindən maliyyələşdiriləcəkdi.
Sevinc Əliyeva
Ordu.az