Belqradda keçirilən aksiyada 22 nəfər saxlanılıb

2025/03/1742047680.jpg
Oxunub: 492     15:53     16 Mart 2025    
Serbiyanın paytaxtı Belqradda ötən gün keçirilən və 100 mindən çox insanın iştirak etdiyi aksiyada 22 nəfər saxlanılıb.

Ordu.az-ın məlumatına görə, Serbiya Prezidenti Aleksandar Vuçiç etirazlara hörmətlə yanaşdığını, aksiya zamanı verilən mesajın başa düşülməsinin vacibliyini vurğulayıb.

Aksiyada iştirak edən insanlar, 2023-cü ilin noyabrında Novı Sad şəhərindəki dəmir yolu vağzalında baş vermiş və 15 nəfərin həyatına son qoyan qəzanı pisləyərək “15 nəfər üçün ayın 15-i” şüarı ilə etiraz ediblər.

Bu aksiyanın, 2000-ci ildə keçirilən etirazlardan sonra ölkə tarixində ən genişmiqyaslı aksiyalarından biri olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belqrad   Serbiya  


Bizi "telegram"da izləyin