Pakistanın Bəlucistan əyalətində hərbi kolona bombalı hücum nəticəsində 5 əsgər həlak olub

2025/02/1738904521.jpg
Oxunub: 633     15:13     16 Mart 2025    
Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı həyata keçirilən bombalı hücumda beş əsgər həlak olub, ən azı 12 hərbçi isə yaralanıb.

Ordu.az-ın məlumatına görə, hücum intiharçı-terrorçu tərəfindən həyata keçirilib. Terrorçu partlayıcı maddələrlə dolu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.

Məlumata görə, hücumu "Bəlucistan Azadlıq Ordusu" adlı ekstremist qruplaşma təşkil edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Bəlucistan  


Bizi "telegram"da izləyin