Belqradda etirazçıların sayı 100 mini ötüb

2025/03/1742101641.jpg
Oxunub: 543     01:42     16 Mart 2025    
Serbiyanın paytaxtı Belqrad şəhərində hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarındakı iştirakçıların sayı 100 mini ötüb.

Ordu.az-ın məlumatına görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polisin hesablamalarına görə, Belqradın bütün məntəqələrində ən yüksək həddə çatan bugünkü aksiyalarda 107 000-ə yaxın iştirakçı olub”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Serbiyada 2024-cü ilin noyabr ayından Novi Sadda dəmiryol vağzalında tavanın çökməsi və 15 nəfərin ölümü ilə nəticələnən etirazlar müxtəlif intensivliklə davam edir.

Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belqrad   Etiraz  


Bizi "telegram"da izləyin