Zelenski: "Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır"

2025/03/1741286833.jpg
Oxunub: 794     00:36     16 Mart 2025    
Rusiyanın Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək hüququ yoxdur. Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır.

Ordu.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.

“Bu kontingentlə bağlı ruslara qulaq asmaq çox pis fikirdir. Kontingent Ukraynada yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır”-deyə, o bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, əgər Vladimir Putin Rusiya ərazisinə hansısa xarici kontingenti yerləşdirmək istəyirsə, bu, onun işidir:

“Ancaq Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə isə qərar vermək onun işi deyil”.

Xatırladaq ki, ötən gün Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Artıq martın 13-də ABŞ rəsmiləri Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə başlayıblar. Lakin Moskva hələlik yekun cavab verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin