Latakiyada güclü partlayış nəticəsində azı 16 nəfər ölüb - YENİLƏNİB

2025/03/1742100997.jpg
Oxunub: 806     15:40     16 Mart 2025    
Suriya cənubundakı Latakiya şəhərində şənbə günü baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb, 18 nəfər isə yaralanıb.

Ordu.az-ın məlumatına görə, mülki müdafiənin bəyanatına istinadən "Al Watan" qəzeti bu barədə xəbər yayıb.

Açıqlamaya görə, ölənlər arasında beş qadın və beş uşaq var. Məlumatda, hələ də dağıntılar altında cəsədlərin olduğu bildirilir. Xilasetmə əməliyyatlarının davam etdiyinə görə, bu məlumatların ilkin olduğu qeyd edilib.

Səhiyyə Nazirliyi əvvəllər 10 nəfərin öldüyünü açıqlamışdı. Yerli mülki müdafiə xidmətinin məlumatına görə, partlayışa metal qırıntıları sahəsində partlamamış iri çaplı mərminin partlaması səbəb olub. Bu mərmi, Əl-Raml məhəlləsində, dörd mərtəbəli binanın yaxınlığında yerləşirdi.

Martın 6-dan 10-dək Latakiya, Tartus, Həma və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlar zamanı 1500-dən çox insan həlak olmuşdu.

***

Suriyanın cənubundakı Latakiya şəhərində güclü partlayış nəticəsində azı üç nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “Suriya-TV” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində Ər-Raml məhəlləsindəki binalardan biri uçub, bir neçə sakin xəsarət alıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Telekanalın məlumatına görə, hadisə yerinə yerli mülki müdafiə qüvvələrinin xilasetmə qrupları cəlb olunub. Uçmuş evin dağıntıları altında qalan yaralıların xilas edilməsi üçün işlərə başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latakiya   Suriya  


Bizi "telegram"da izləyin