Tramp Keyt Kelloqu Ukrayna üzrə xüsusi nümayəndə təyin edib

2025/03/1742065404.jpg
Oxunub: 664     22:57     15 Mart 2025    
Keyt Kelloq Ukrayna üzrə xüsusi nümayəndə təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

“Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, general Keyt Kelloq Ukrayna üzrə xüsusi nümayəndə təyin edilib. Hörmətli general Kelloq birbaşa prezident Zelenski və Ukrayna rəhbərliyi ilə işləyəcək. Onları yaxşı tanıyır və çox yaxşı işgüzar münasibətləri var” , - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kelloq  


Bizi "telegram"da izləyin