Ukraynanın taleyini həll edən rəsmilər bəlli olub

2025/03/1742049578.jpg
Oxunub: 619     18:22     15 Mart 2025    
Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Zelenskinin sərəncamında deyilir.

Qeyd olunub ki, Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətinə Andrey Sıbiqa ( xarici işlər naziri), Rustem Umerov (müdafiə naziri) və Pavel Palisa (Prezident Aparatı rəhbərinin müavini) daxildir.

Xatıraladaq ki, martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi belə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin