Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib

2025/03/1742047680.jpg
Oxunub: 552     17:26     15 Mart 2025    
Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.

Ordu.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün <...> mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib", - Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Belqrad  


Bizi "telegram"da izləyin