Avstraliyanın baş naziri: "Ukraynaya sülhməramlıların göndərilməsi sülh əldə edildikdən sonra mümkündür"

2025/03/1742047494.jpg
Oxunub: 603     17:18     15 Mart 2025    
Avstraliya Ukraynaya sülhməramlıları yalnız sülh əldə edildikdən sonra göndərə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yeni baş naziri Entoni Alboneze "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Lakin onun sözlərinə görə, bu, "sülhün ilkin şərtini" tələb edir.

"Avstraliya Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasında istənilən əhəmiyyətli irəliləyişi dəstəkləyir. Bizim beynəlxalq sülhməramlı missiyalarda 80 illik iştirakımızla sülhü dəstəkləmək ənənəmiz var", - baş nazir yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Ukrayna  


Bizi "telegram"da izləyin