Ordu.az xəbər verir ki, Əlcəzair HHQ ilk “Su-35” döyüş təyyarəsinin “Oum Bouaghi” aviabazasında görünməsindən sonra təyyarənin alınmasını təsdiqləyib.
Əlcəzair mənbələri tədarük edilən “Su-35”lərin Misirin 2018-ci ildə verdiyi sifariş çərçivəsində istehsal edildiyini bildirir.
Bu çərçivədə Qahirə gələcəkdə razılaşmadan çıxıb və Rusiyanın əlində ixrac üçün istehsal edilən artıq döyüş təyyarələri qalıb.
Təyyarənin daha əvvəl “Su-35”lər üçün sifarişi təsdiqləyən İrana tədarük ediləcəyi gözlənilirdi. Lakin son hadisələrə görə, təyyarələr Əlcəzairə təhvil verilib.
Bu çərçivədə, “Military Africa”nın məumatına görə, “Su-35” istehsalının böyük bir hissəsi xarici sifarişləri qarşılamaq üçün ayrılacaq.
Əvvəlcə İrana tədarük olunduğu bildirilən döyüş təyyarələrinin Əlcəzairə tədarükü İranın “Su-35”in fərdiləşdirilmiş versiyasını tələb etməsi ehtimalını da artırır.
Sevinc Əliyeva
Ordu.az