Ordu.az xəbər verir ki, bu çərçivədə Fransa 22 ədəd PC-7 MKX təyyarəsi və ölkənin sənayesi ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən quru əsaslı təlim sistemi alacaq.
“Pilatus”, həmçinin simulyatorlar, kompüter əsaslı təlim sistemləri, missiyanın planlaşdırılması və brifinq avadanlığı təqdim edəcək.
Yeni parkın 2027-ci ildə tədarüklərə başlaması ilə hərbi pilotların əsas təlimlərində istifadə edilməsi planlaşdırılır.
Fransa Aerokosmik Qüvvələrinin pilotları 2018-ci ildən “Pilatus PC-21” və inteqrasiya olunmuş təlim sistemi ilə təkmil təlimlərini davam etdirirlər. Hazırkı park iki partiyada alınmış 26 ədəd PC-21-dən ibarətdir.
PC-7 MKX-nin əsas təlim parkına əlavə edilməsi ilə fransız pilotlar hərbi təlimlərinin bütün mərhələlərində “Pilatus” təyyarələrindən istifadə edəcəklər.
Sevinc Əliyeva
Ordu.az