Kanada “River” sinfinə məxsus 3 esmines üçün razılıq əldə edib

2025/03/1741932451.jpg
Oxunub: 555     13:46     17 Mart 2025    
Kanada hökuməti Kanada Kral Hərbi Dəniz Qüvvələri üçün 3 “River” sinfinə məxsus esmines inşa etmək üçün “Irving Shipbuilding” ilə müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 6 illik, 8 milyard dollarlıq müqavilə gəmilərin inşası və çatdırılmasını, həmçinin təlim, ehtiyat hissələri və texniki dəstəyi əhatə edir.

Proqramın təxmini ümumi dəyəri 22,2 milyard dollar təşkil edir ki, bura da avadanlıq, sistemlər və döyüş sursatları daxildir.

Yeni esmineslər Kanadanın müdafiə öhdəliklərini dəstəkləmək üçün hazırlanıb.

Esmineslər NORAD, NATO və “Beş Göz” tərəfdaşları kimi müttəfiqlərlə fəaliyyət göstərəcək, istismardan çıxarılan “Iroquois” sinfinə məxsus esminesləri və “Halifax” sinfinə məxsus freqatları əvəz edəcək.

“BAE Systems”in “Type 26” dizaynına əsaslanan gəmilərdə qabaqcıl radar, sualtı sensorlar və müasir silahlar olacaq. İlk üç gəmi “HMCS Fraser”, “HMCS Saint-Laurent” və “HMCS Mackenzie” adlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   River  


Bizi "telegram"da izləyin