Kanada ABŞ ilə yaşanan gərginlik səbəbindən təyyarələrin sıradan çıxarıla biləcəyini düşünür

2025/03/1741845771.jpg
Oxunub: 617     22:05     15 Mart 2025    
F-35 təyyarəsinin ortaqlarından olan Kanada ABŞ ilə yaşanan gərginlik səbəbindən təyyarələrin sıradan çıxarıla biləcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, F-35 döyüş təyyarəsi layihəsinin tərəfdaşlarından biri olan Kanadada F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr başlayıb.

ABŞ prezidenti Donald Trampın Kanadaya əlavə gömrük rüsumları tətbiq etməsi və Kanadanın Birləşmiş Ştatların 51-ci ştatı olacağı ilə bağlı açıqlamaları iki ölkə arasında gərginliyə səbəb olub.

Bu kontekstdə Kanadanın F-35 döyüş təyyarələrinin ABŞ tərəfindən idarə oluna biləcəyi fikri ölkə daxilində müzakirələrə səbəb olub.

Bu yaxınlarda “Vancouver” Kosmos İnstitutunun həmdirektoru Maykl Bayers “The Globe and Mail”də Kanadanın bu satınalmanı ləğv etməli olduğunu iddia edən bir məqalə yazıb.

Bayers məqaləsində F-35-in istehsalında böyük paya sahib olan “Lockheed Martin”in həmişə ABŞ-nin yaxın müttəfiqləri də daxil olmaqla, xarici müştərilərlə tam “mənbə kodunu” paylaşmaqdan imtina etdiyini və Birləşmiş Ştatların Kanadanın F-35-lərini “bir düyməyə basmaqla” sıradan çıxara biləcəyini iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ   F-35  


Bizi "telegram"da izləyin