ABŞ-də təyyarə avtomobil dayanacağına çırpılıb

2025/03/1741583439.jpg
Oxunub: 397     02:58     10 Mart 2025    
ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İlkin məlumata görə, Pensilvaniyada yaşayış kompleksi və qocalar evinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 15:20-də baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil də yanıb. Qəza yerinə təcili yardım xidmətinin qrupları cəlb olunub.

Hadisə yanğınla nəticələnib. Təyyarənin Lankaster hava limanından havaya qalxdığı, lakin havaya qalxdıqdan az sonra idarəetməni itirərək qəzaya uğradığı bildirilir.

İnternetdə pilotun dispetçerlə hava limanına qayıtmalı olduğunu bildirən səs yazısı yayılıb.

Təyyarədə beş nəfər olub. Hazırda qəzanın səbəbi məlum deyil.

Hadisə zamanı insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Qəza   Pensilvaniya  


Bizi "telegram"da izləyin