ABŞ 20 İldən Sonra İlk Dəfə Britaniyada Nüvə Silahı Yerləşdirməyi Planlaşdırır - HESABAT

2025/03/1741327262.jpg
Oxunub: 538     14:30     17 Mart 2025    
ABŞ təxminən 20 il sonra ilk dəfə nüvə silahlarını Britaniyada yerləşdirməyi planlaşdırır. “The Telegraph” Amerika Elm Adamları Federasiyası tərəfindən yayımlanan bir hesabatda ABŞ-nin yeni nüvə planı ilə bağlı detalları açıqlayıb.

Hesabata görə, Britaniyadakı ABŞ təyyarələrinə nüvə qabiliyyəti qazandırma qərarı 2021-ci ildə alınıb və təkliflər Rusiyanın üç il əvvəl Ukraynanı işğal etməsindən sonra sürətlənib.

2023-cü ildə yayımlanan bir NATO sənədi Britaniyanın “xüsusi silah” obyektlərinin modernləşdiriləcəyi ölkələr siyahısına əlavə olunduğunu göstərir.

Pentaqonun ötən ilki təchizat müqavilələri “Lakenheath”da yeni bir obyekt planlandığını təsdiqlədi.

Nüvə Silahlarının Yerləşdirilməsi

Hesabata görə, İtaliya, Türkiyə, Belçika, Hollandiya və Almaniyadakı hava bazalarında 100-ə qədər ABŞ B61-12 nüvə bombası yerləşdirilib.

ABŞ Moskva tərəfindən gələn Soyuq Müharibə təhdidinin azaldığını düşünərək, 2008-ci ildə Britaniyadakı son nüvə silahlarını geri çəkmişdi.

Avropadakı ilk nüvə silahları 1954-cü ildə “Lakenheath” da daxil olmaqla Britaniyadakı bazalarda yerləşdirilmişdi. Soyuq Müharibənin sona çatması ilə nüvə arsenalı tədricən azaldıldı və son ABŞ silahları Corc Buş prezident olduğu dövrdə “Lakenheath” və Britaniya torpaqlarını tərk etdi.

Avropada Nüvə Silahı Saxlayan ABŞ Bazaları

“RAF Lakenheath” F-15E “Strike Eagle” və F-35A “Lightning II” döyüş təyyarələrinə ev sahibliyi edən, Britaniyadakı ən böyük ABŞ Hərbi Hava Qüvvələri bazası və Avropadakı ən böyük bazalardan biri olaraq qalır. Bu təyyarələr nüvə silahı daşıma qabiliyyətinə malikdir.

Eyni zamanda, son günlərdə Fransanın ABŞ əvəzinə Avropanı qorumaq üçün nüvə çəkindiriciliyini istifadə etməyə hazır olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ   ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin