Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

2025/02/1740582990.jpg
Oxunub: 534     18:54     26 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ planlaşdırılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

O bildirib ki, iki ölkənin rəsmiləri Ukraynadakı müharibənin həlli ilə bağlı ünsiyyəti davam etdirirlər.

"Prezident Putinlə birbaşa dialoq aparıb. O, (Tramp-red) bildirib ki, hər iki tərəf bu münaqişənin bitməsini istəyir", - Ağ Evin mətbuat katibi Trampla Putin arasında fevralın 12-də baş tutan telefon danışığından bəhs edərkən deyib.

“Prezidentin bu münaqişəni sona çatdırmağı tapşırdığı nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam edib. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin