Latviya müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı planlaşdırır

2025/02/heg6-1740545509.jpg
Oxunub: 447     06:08     26 Fevral 2025    
Yaxın illərdə Latviyanın müdafiə büdcəsi ÜDM-in 4 %-ni təşkil edəcək, 2028-ci ilə qədər isə 5 %-ə yüksələcək.

Ordu.az RAR agentliyinə istinadən xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç Varşavada Polşa Prezidenti Andjey Duda ilə görüşündə deyib.

"Latviya da Polşa kimi müdafiəyə çox pul xərcləyir. Ölkə müdafiə xərclərində ÜDM-in 4 %-nə, 2028-ci ildə isə ÜDM-in 5 %-nə çatmaq niyyətindədir", - Rinkeviç bildirib.

Eyni zamanda, Latviya Prezidenti vurğulayıb ki, “faizlərlə hoqqabazlığın mənası yoxdur, çünki real müdafiə imkanları vacibdir”.

Rinkeviç ümid etdiyini bildirib ki, bütün NATO ölkələri ÜDM-nin ən azı 3,5 %-i həcmində xərcləmələrin yeni səviyyəsinə razı olacaqlar: "Bu, müzakirə edilməli olan səviyyədir. Birbaşa təhlükə altında olan ölkələr müdafiə xərclərini artırmaq barədə düşünməlidirlər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   ÜDM  


Bizi "telegram"da izləyin