Roma Papasının vəziyyəti ağırdır

2025/02/67ba1-1740544717.jpg
Oxunub: 402     09:10     26 Fevral 2025    
Papa Fransiskin səhhəti çərşənbə axşamı axşam saatlarına kimi kritik, lakin sabit olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi portalı “Vatican News” məlumat yayıb.

"Pontifikin vəziyyəti hələ də kritik, lakin sabitdir", - məlumatda deyilir.

Qeyd olunur ki, 88 yaşlı pontifik heç bir yeni tənəffüs tutması keçirməyib, onun hemodinamik göstəriciləri sabitdir. Bazar günü Papaya böyrək çatışmazlığı diaqnozu qoyulub, o ağır vəziyyətdə idi.

Xatırladaq ki, yanvarda Papa bronxit xəstəliyinə tutulub. Xəstəliyi xroniki xarakter aldığı üçün fevralın 14-də Romadakı “Aqostino Gemelli” klinikasına yerləşdirilib. Rentgen və laborator müayinələrdən sonra onun da ikitərəfli pnevmoniya olduğu müəyyən edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Fransisk  


Bizi "telegram"da izləyin